dcsimg

Çökükburun ağquyruq ( Azerbaijani )

provided by wikipedia AZ

Çökükburun ağquyruq (lat. Vanellochettusia leucura) — Bozcalar fəsiləsinə aid quş növü.

Statusu

Nadirdir.

Kateqoriyası

(CR). Həmişə azsaylı olub. Hazırda kritik vəziyyətdədir.

Qısa təsviri

Başı və gövdəsinin üst tərəfi bənövşəyi–boz, alnı və boğazı ağ, qarın hissəsi sarımtıl, quyruğu tam ağdır. Qanadlarının ucu qaradır, üzərində enli ağ zolaq vardır. Ayaqları açıq-sarıdır.

Yayılması

Aral-Xəzər düzənliyində, İran, İraq və Suriyada yayılıb. Azərbaycanda Qızılağac Dövlət Təbiət Qoruğunda, Şirvan və Ağgöl Milli Parklarında, Kürün deltasında, Mehman, Sarısu, Mahmudçala-Ağçala göllərində, Naxçıvan MR ərazisində bəzi hövzələrdə məskunlaşıb [1][2].

Yaşayış yeri və həyat tərzi

Subasarlar, çaylar, göllər və dəniz sahillərindəki nəmli biotoplar və dərinliyi 5-10 sm olan dayaz su sahələri əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycana reproduksiya üçün gəlir. Bəzi illərdə nadir qalıb qışlayır. Yazda mart-aprel aylarında gəlir, payızda sentyabr-noyabr aylarında köçüb gedir [3][4]. Aprel-may aylarında kiçik adalarda yerdə yuva qurur, 4 yumurta qoyur. İyunun axırlarında cavan fərdləri görünür. Yemini cücülər təşkil edir [5][6].

Məhdudlaşdırıcı amillər

Su-bataqlıq sahələrinin qurudulması, yayda nəmli biotopların və dayaz su sahələrinin quruması, qoruq olmayan ərazilərdə çox miqdarda mal–qaranın otarılması bu quşa mənfi təsir edir.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, Dövlət Təbiət Yasaqlıqları optimal yaşayış yerləridir. Ramsar konvensiyasına və AEWA sazişinə daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Mahmudçala-Ağçala göllər sisteminə yasaqlıq, Sarısu-Şərbət qobu göllər sisteminə isə qoruq statusunun verilməsi, eyni vaxtda bu növün də qorunmasının fəal maarifçiliyi məsləhətdir.

İstinadlar

  1. Бабаев И.Р. Численность редких и исчезающих водно-болотных птиц Кура-Араксинской низменности // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Мат. научно-практической конф. Ставрополь, 1991, с. 143;
  2. Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 82;
  3. Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 82;
  4. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 179;
  5. Виноградов В.В. Биологические ресурсы водно-болотных охотничьих угодий Мильской степи, их производительность и перспективы хозяйственного использования // Труды заповедников Азербайджана. вып. 2. М.Л., 1967, с. 72-74;
  6. Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 82;

Ədəbiyyat

  1. Гамбаров К.М. Нахождение и вероятное гнездование белохвостой пигалицы (Chettusia leucura Licht.) в Мильской степи // Уч. зап. АГУ, им. С.М. Кирова, вып. 7, 1956, с. 51-54;
  2. Греков В.С. Находка некоторых птиц на юго-западе Каспия // Сб. орнитология, вып. 3., 1960;
  3. Патрикеев М.В. К весеннее-летней авиафауне юго-восточной Ширвани и сопредельных территорий // Фауна, население и экология птиц Северного Кавказа. Мат. Научно-практической конференции. Ставрополь, 1991, c. 34-40;
  4. Səmədov Ə.S. Ağgöl Milli Parkının əməkdaşı (şəxsi gündəliyindən), 2005.
  5. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çökükburun ağquyruq: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çökükburun ağquyruq (lat. Vanellochettusia leucura) — Bozcalar fəsiləsinə aid quş növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ