dcsimg

Afzelina itburnu ( Azerbaijani )

provided by wikipedia AZ

Rosa dumalis (lat. Rosa dumalis) - gülçiçəyikimilər fəsiləsinin itburnu cinsinə aid bitki növü.

Təbii yayılması

Skandinaviya, Avropada yayılmışdır.

Botaniki təsviri

Afzelina İtburnusu.jpg

Hündürlüyü 3 m-dək olan koldur. Budaqları qövsvari əyilmiş, iynələri çox vaxt qeyri-bərabər, əsasən zoğlarda oraqvari əyilmişdir. Yarpaqları iri, uzunluğu 15-20 sm, yalançı zoğları yaxşı inkişaf etmiş, uzunluğu 10-12 mm, eni 4-5 mm, çılpaqdır. Xırda yarpaqları 7, bəzən 5 və ya 9, ellips- yumurtavari formada, sadə dişlidir. Alt tərəfdə tükcükləri və vəzcikləri yoxdur, açıq və ya göyümtüldür. Çiçəkləri parlaq çəhrayı, tək, bəzən az çiçəkli çiçək qruplarında yerləşir, çiçək saplağı çox qısadır, əsasən yetişmiş meyvənin uzunluğuna çatmır, çılpaq və hamardır. Kasayarpaqları ensiz, lələkvari çıxıntılı, çiçəklədikdən sonra yuxarıya qalxmış və təxminən birləşəndir, yetişmiş meyvələrin üzərində qalır. Dişicik ağızcığının başı iri, təxminən oturaq, ağ tükcüklüdür. Hipanti oval, şarşəkilli-yumurtavari, çılpaq və hamardır, meyvəcikləri qozaşəkillidir.

Ekologiyası

Torpağa tələbkar deyildir. Daşlı çınqıllı yamaclarda bitir. Quraqlığa, işığa, günəşə davamlıdır.

Azərbaycanda yayılması

Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi

Qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Vitaminli bitki kimi təsərrüfatda istifadə edilir.

Mənbə

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycanda İtburnu cinsi və növlər təbii və mədəni şəraitdə ": Bakı: "Elm"-2018." http://dendrologiya.az
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Afzelina itburnu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Rosa dumalis (lat. Rosa dumalis) - gülçiçəyikimilər fəsiləsinin itburnu cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ