dcsimg

Atmilçək qaş səhləbi ( Azerbaijani )

provided by wikipedia AZ
Ophrys oestrifera 2.jpg

Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — səhləbkimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür.[1][2]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır.[3] Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir. Daxili ləçəklər 3-4 mm uzunluqda oval-lansetvari, bənövşəyi və birdamarlıdır. Dodaqcıq məxmərvaridir, yuxarı hissədə irəliyə doğru qısa əlavə çıxıntısı var, qonur, üzəri bir neçə sarımtıl ləkəlidir, hər biri ensiz, açıq-sarı haşiyəlidir [4].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çoxillik bitkidir. Çiçəkləməsi aprel-may aylarına təsadüf edilir. Meşə və kolluqlarda, aşağı dağ qurşağından orta dağ qurşağına qədər rast gəlinir [4]

Yayılması

Böyük Qafqazın qərbi, şərqi və Quba sahəsi. Kür-Araz ovalığı, Kür düzənliyi, Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsi (Batabat) və Lənkəran ovalığı; Samur-Dəvəçi ovalığı (Nabran) [4][5][6]

Sayı və tendensiyası

Populyasiyalarının sayı azdır. Azalma tendensiyası artır.[7]

Məhdudlaşdırıcı amillər

Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması.

Mühafizə tədbirləri

Yayılma yerlərində antropogen təsirlərin azaldılması, yasaqlıqların təşkil edilməsi və toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin müəyyənləşdirilməsi məqsədəuyğundur.

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Atmil%C3%A7%C9%99k%20qa%C5%9F%20s%C9%99hl%C9%99bi
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
  4. 4,0 4,1 4,2 Флора Азербайджана,1952;
  5. Əsgərov A.M., 2005
  6. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012
  7. Tərtibçinin məlumatı
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Atmilçək qaş səhləbi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ
Ophrys oestrifera 2.jpg

Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — səhləbkimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ