dcsimg

Kağız kağızağacı ( Azerbaijani )

provided by wikipedia AZ

Kağızıağac (lat. Broussonetia papyrifera)[1] - kağızağac cinsinə aid bitki növü.[2]

Təbii yayılması:

Vətəni Çin və Yaponiyadır

Botaniki təsviri:

Hündürlüyü 12 m-ə çatan, sıx çətirli ağac və ya koldur. İkievli bitkidir. Gövdəsinin qabığı qırmızımtıl-boz rəngdədir. Budaqları yoğun və nisbətən qısadır. Yarpağın uzunluğu 3-5 sm, eni 1-3 sm-ə çatıb, növbəli və ya spiral şəklində düzülmüş, tamkənarlı və ya üç dilimlidir. Yarpağın əsas hissəsi ürəkvari, dərin oyuğa malikdir. Yarpağın üst tərəfi, cod, tünd yaşıl, alt tərəfi isə hamar, gümüşü-boz rəngdə, yumşaq və sıx məxmərə oxşar tükcüklərlə örtülmüşdür. Yarpaq saplağı 2-5 sm uzunluqda olur. Çiçəkləri ikicinslidir. Çiçək yatağı şar şəklindədir. Erkək çiçəkləri sırğalara toplanmış 4 hissəli çiçəkyanlığından ibarətdir. 4 erkəkciyi vardır. Tozcuqlar narıncı-qırmızı rəngdədir. Dişicikləri şarşəkilli başcığa toplanmış, silindrşəkilli bütöv və ya 4 dilimlidir. Çiçək qrupunun en kəsiyi 2 sm, meyvəyanlığı isə 2-3 sm uzunluqdadır. May ayında çiçəkləyir. Meyvəsi şarşəkilli, qırmızı-çəhrayı rəngdə, şirin, şirəli olub, sentyabr ayında yetişir.


Ekologiyası:

Torpağa çox tələbkar deyil, qumsal, yüngül gilli, şoran torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması:

Abşeron, Göyçay, Kürdəmir, Gəncə rayonlarında və Kür-Araz ovalığında, bağ və parklarda yaşıllaşdırmada istifadə edilir.

İstifadəsi:

Meyvə və yarpaqları dekorativ görünüşlüdür, tək-tək və qrup əkinlərində, çay kənarlarında torpaqların bərkidilməsində istifadə edilir. Cavan budaqların oduncaq liflərindən, borularından parça, ayaqqabı və müxtəlif növ kağızlar hazırlanır.

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

http://dendrologiya.az/?page_id=112 Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Kağız kağızağacı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Kağızıağac (lat. Broussonetia papyrifera) - kağızağac cinsinə aid bitki növü.

Murier.jpg Broussonetia papyrifera - Botanischer Garten Freiburg - DSC06385.jpg Broussonetia papyrifera - fleurs mâles.jpg Broussonetia papyrifera MHNT Texture of the trunk.jpg
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ