dcsimg

Erməni quşarmudu ( Azerbaijani )

provided by wikipedia AZ


Təbii yayılması

Türkiyədə, Asiyada, Qafqazda, Rusiyada, Ukrainada yayılmşdır.

Botaniki təsviri

Kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavarı, ellipsvarı və ya uzunsov ellipsvaridir. Üstdən tünd yaşıl və çılpaq, altdan bozumtul və ya ağ rəngli, sıx keçətükcüklüdür. Yan damarlarının sayı 9-10 cütdür, onlar yarpağın altında aydın seçilir. Çiçək qrupu çoxçiçəklidir. Kasacığın kənarları sivri üçbucaq şəkillidir. Ləçəkləri ağ, yumurtavarıdır. Meyvələri 1,0-1,2 sm uzunluğunda, 0,8-1,1 sm enində olub, oval və ya dairəvidir, tək-tək və ya 3-7 ədədi birlikdə qalxanlarda toplanmışdır. Yеtişmiş meyvələri qırmızı olub, quruduqda göyərir. May-iyun aylarında çiçək açır, sentyabr-oktyabrda meyvələri yetişir.

Ekologiyası

Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1500-2300 m hündürlüklərdə daşlı-qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır.

Azərbaycanda yayılması

Naxcıvan MR Ordubad rayonunun Nürgüt kəndi ətrafındakı seyrək meşəlikdə palıd, yemişan, alma, armud, zirinc və s. növləri ilə birlikdə və ya tək-tək , Şahbuz rayonunun Biçənək ərazisində yayılmışdır.

İstifadəsi

Naxcıvan MR Ordubad rayonunun Nürgüt kəndi ətrafındakı seyrək meşəlikdə palıd, yemişan, alma, armud, zirinc və s. növləri ilə birlikdə və ya tək-tək , Şahbuz rayonunun Biçənək ərazisində yayılmışdır.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Kákasusreynir ( Icelandic )

provided by wikipedia IS

Kákasusreynir (Sorbus armenica) er reynitegund.


Tilvísanir

 src= Þessi líffræðigrein er stubbur. Þú getur hjálpað til með því að bæta við greinina.
Wikimedia Commons er með margmiðlunarefni sem tengist
Wikilífverur eru með efni sem tengist
license
cc-by-sa-3.0
copyright
Höfundar og ritstjórar Wikipedia
original
visit source
partner site
wikipedia IS

Kákasusreynir: Brief Summary ( Icelandic )

provided by wikipedia IS

Kákasusreynir (Sorbus armenica) er reynitegund.


license
cc-by-sa-3.0
copyright
Höfundar og ritstjórar Wikipedia
original
visit source
partner site
wikipedia IS