dcsimg

Somxet bәnövşәsi ( azéri )

fourni par wikipedia AZ

Somxet bәnövşәsi (Viola somchetica C. Koch) — Hündürlüyü 15 sm-ə qədər, gövdəsiz, çılpaq və yaxud az tüklü, kökümsovları qısa, qalıntəhər olan çoxillik ot bitkisidir.

Yarpaq

Yarpaqları qismən uzun saplaqlıdır. Yumurtaşəkilli və yaxud yumurtavari-üçbucaq, bəzən üçbucaq formadadır, qaidə hissəsində adətən dərin oyuqludur, kənarları dairəvi-dişli, uc hissədə küttəhər və ya sivriləşmişdir, çılpaq və ya çox xırda tükləri olduğuna görə kələkötürdür.

Çiçək

Çiçəkləri uzun saplaq üzərindədir, iki ensiz xətli-neştərvari çiçəkaltlığı vardır, ətirlidir, tünd-qırmızı rəngdədir.

Meyvə: Qutucuq uzunsovdur, kütdür, çılpaqdır və uzunluğu 6-11 (12) mm-dir.

Çiçəkləməsi

May-İyul

Meyvə verməsi

İyul-Avqst

Azərbaycanda yayılması

BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal. - subalp və alp qurşaqlarında.

Yaşayış mühiti

Meşələrdə, daş topaları olan yerlərdə və yüksək dağ çəmələrində rast gəlinir.

Mənbə

  • Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

Somxet bәnövşәsi: Brief Summary ( azéri )

fourni par wikipedia AZ

Somxet bәnövşәsi (Viola somchetica C. Koch) — Hündürlüyü 15 sm-ə qədər, gövdəsiz, çılpaq və yaxud az tüklü, kökümsovları qısa, qalıntəhər olan çoxillik ot bitkisidir.

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ