dcsimg
Image of Smooth Arizona Cypress
Creatures » » Plants » » Gymnosperms » » Cypress Family »

Arizona Cypress

Cupressus arizonica Greene

Arizona sərvi ( Azerbaijani )

provided by wikipedia AZ

Vətəni Amerikanın Kaliforniya, Arizona ştatları və Meksikadır. Hündürlüyü 20 m-ə çatan konusvarı və ya enli piramida formalı, yumurtavarı və dağınıq, sıxçətirli həmişəyaşıl dekorativ ağacdır. Gövdənin qabığı nazik olub, dörd-üzvlüdür, göyümtül və ya yaşılımtıl rəngdədir. Yarpaqları pulcuqvarı olub, mavi və ya gümüşü-yaşıl, ucları sivriləşmiş, arxa tərəfində boylama şırımı yerləşir. Budaqları gövdədən düzbucaq altında ayrılır. Kiçik girdə qozaları yumurtaşəkilli, uzunluqları 20-25 mm, rəngi qırmızı-qəhvəyidir, 6-8 ədəd pulcuğu vardır, qısa və yoğun ayaqcıqlar üzərində, topa halında yerləşir. Toxumları xırda, uzunsov, qırmızımtıl-qəhvəyi rəngli, qalın qanadlıdır, qozalar açıldıqdan sonra tökülür. Torpağa az tələbkar, quraqlığadavamlı, istisevəndir.

Toxumla və qələmlə çoxalır. Arizona sərvinə istənilən formanı vermək olur. Yaşıllıqlarda qrup halında, tək-tək və xiyaban əkinlərində istifadə edilir.

Çin təbabətində toxumlarından hazırlanmış məhlulunda, qara ciyərin fəaliyyətinin stimullaşdırılmasında, damaq qanaxmasında, əzələ ağrılarında istifadə edilir. Mərdəkan dendrarisi ndə introduksiya edilmişdir. Abşeronda bağ və parklarda rast gəlinir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Arizona sərvi: Brief Summary ( Azerbaijani )