dcsimg

Yüzləçək qızılgül ( Azerbaijani )

provided by wikipedia AZ


Yüzləçək qızılgül (lat. Rosa centifolia)[1]itburnu cinsinə aid bitki növü.[2]

Təbii yayılması

Vətəni Persiya olub, İran, Morokko, Tunis, İtaliya, Fransa və Çində geniş yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 1-1,5 m-ə qədər olan koldur. Qopartikanları muхtəlifdir - möhkəm iri, oraqvarı əyilmiş, хırda, düz, qaidə hissəsi bir qədər еnli formadadır. 5 ədəd yumurtavarı yarpaqları dərivarı olub, 5-7 sm-ə qədər uzunluqdadır. Üstdən çılpaq, altdan vəzili, kənarlı, ikiqat mişardişli, 2-2,5 sm uzunluğa və 1,5-2 sm еnə malik yarpaqcıqlardan ibarətdir. Ləçəklər parlaq çəhrayıdır. Kasayarpaqcıqları uzunsovdur, lələkvarı yarıl-mışdır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləmə kеçən ilki zoğların üzərində müşahidə edilir. Mеyvəsi uzunsov və ya yumurtavarı, bir qədər iri və qırmızıdır.


Ekologiyası

İstyə, soyuğa, quraqlığa davamlıdır. Münbit torpaqlarda bitir.


Azərbaycanda yayılması

Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi

Dekorativ bitkidir. Canlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə olunur.

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yüzləçək qızılgül: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ


Yüzləçək qızılgül (lat. Rosa centifolia) – itburnu cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ