dcsimg
Image of actinidia
Creatures » » Plants » » Dicotyledons » » Kiwi Fruit Family »

Silver Vine

Actinidia polygama (Siebold & Zucc.) Maxim.

Poliqam aktinidiya ( Azerbaijani )

provided by wikipedia AZ

Poliqam aktinidiya və ya Xortumlu aktinidiya

Təbii yayılması

Saxalində,Koreyada,Şimal-Şərqi Çində təbii halda bitir.

Botaniki təsviri

Kol lianasıdır.Cavan zoğların qabığı boz-qonur,yaşlılarda qırmızımtıl-qonurdur.Yarpaqları vegetasiya dövründə rəngini dəyişir.İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ,ətirli çiçəklərlə çiçəkləyir.Bitki birevlidir.Hündürlüyü 5-8 m-ə qədər,gövdəsinin qalınlığı 2-3 sm olan,orta boylu lianadır.Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir,ancaq ondan kiçikdir,az budaqlanır.Yarpaqlarının itiuclu və kənarının itidişli olması ilə başqa növlərdən fərqlənir.Ətirli,ağ rəngli çiçəkləri ikicinslidir.Diametri 2,5 sm-ə qədər olur.Meyvəsi silindrvari,ucdan sivri buruncuqludur.Sentyabr-oktyabr aylarında yetişmiş meyvələri açıq-narıncı rəngdə olur.Meyvələrinin uzunluğu 4 sm-dək olub,sentyabr ayında yetişir,həmin dövrdə rəngi kəskin dəyişir.

Ekologiyası

İsti,rütubətsevəndir,günəşin sərt şüalarından yarpaqları yanır.

Azərbaycanda yayılması

Abşeronda,Lənkəranda,Astarada özəl həyətyanı sahələrdə rast gəlinir.Mədəni şəraitdə XIX ƏSRİN 60-cı illərindən becərilir.

İstifadəsi

Canlı çəpərlərin salınmasında,divarların örtülməsində dekorativ bitki kimi istifadə olunur.Meyvələri askorbin turşusu ilə zəngindir.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Poliqam aktinidiya: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Poliqam aktinidiya və ya Xortumlu aktinidiya

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ