dcsimg

Dizenteriya amyöbü ( Azerbaijani )

provided by wikipedia AZ

Dizenteriya amyöbü[1] (lat. Entamoeba histolytica) — amyöblər dəstəsindən ibtidai orqanizm. Amyöb dizenteriyasının törədiçisi.

İlk dəfə 1875-ci ildə rus alimi F. A. Lyoş tərəfindən təsvir edilmişdir. İnsanın bağırsaqlarında çoxalır (bu halda insan sağlamdır, lakin dizenteriya amyöbü gəzdirir). Dizenteriya amyöbünün bu formasına kiçik forma (forma minuta) deyilir. Ölçüsü 20 mkm-ə qədərdir. Bəzən kiçik forma yoğun bağırsaq divarına keçir və burada çoxalıb yaralar (amyöb dizenteriyası) əmələ gətirir. Bu forma toxuma forması adlanır. Ölçüsü 20—25 mkm olur. Kiçik formadan fərqli olaraq ounun sitoplazmasında heç bir törəmə olmur. Yoğun bağırsaqda yara əmələ gəlməsi nəticəsində selik, irin və qan ifraz olunur. Bu zaman yaralardan bağırsaq mənfəzinə düşən dizenteriya amyöbünün kiçik formaları, həmçinin toxuma formaları 30 mkm-dək və daha artıq böyüyərək eritrositlərlə qidalanmaq qabiliyyəti qazanır. Dizenteriya amyöbünün bu forması böyük vegetativ forma, yaxud eritrofaq adlanır. Xarici mühitə düşən bu forma tez məhv olur.

Dizenteriya amyöbünün vegetativ forması xarici mühitdə 15—20 dəq ərzində məhv olur. Sistalar suda, rütubətli torpaqda bir ayadək və daha artıq qala bilir. Dizenteriya amyöbü insandan başqa siçovul, meymun, it və pişiklərdə də parazitlik edir. Lakin bunlarda az təsadüf olunur. Bu heyvanlar infeksiya mənbəyi hesab edilmir.

Mənbə

  1. ASE, III cild
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dizenteriya amyöbü: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Dizenteriya amyöbü (lat. Entamoeba histolytica) — amyöblər dəstəsindən ibtidai orqanizm. Amyöb dizenteriyasının törədiçisi.