dcsimg
Image of Swedish whitebeam
Creatures » » Plants » » Dicotyledons » » Rose Family »

Swedish Whitebeam

Borkhausenia intermedia (Ehrh.) Sennikov & Kurtto

İsveçrə ağquşarmudu ( Azerbaijani )

provided by wikipedia AZ

Sorbus intermedia (lat. Sorbus intermedia) - gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Təbii yayılması

Apis mellifera - Sorbus intermedia - Keila.jpg

İsveçrə, Şərqi Daniya, Finlandiya, Estoniya, Latviya, Polşada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 10-20 m-dək, möhkəm gövdəli,diametri 60 sm-dən, 2-3 m-dək olan, boz qabıqlı ağacdır. Çətiri (kupol) minarə formalı, möhkəm, horizontal budaqlıdır. Yarpaqların uzunluğu 7-12 sm, eni 5-7 sm, yuxarısı yaşıl, alt tərəfi boz-ağ tükcüklü, kənarları xırda dişlidir. Payızda sarımtıldan boz-qonur rəngli olur. Çiçəklərin diametri 15-20 mm, 5 ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkciklidir. Meyvəsi narıncı-qırmızı, diametri 10 mm, uzunluğu 15 mm, payızın ortaları yetişir.

Ekologiyası

Mеşələrdə başlıca olaraq, palıd, palıd-vələs, vələs mеşələrində başqa ağac cinsləri ilə birlikdə bitir, еləcə də mеşə kənarlarında tək-tək və qrup halında təsadüf еdilir. Təzə, münbit torpaqlarda yaхşı bitir.

Azərbaycanda yayılması

Respublikamızda mədəni şəraitdə becərilir.

İstifadəsi

Dekorativ ağac kimi şəhər parklarında istifadə edilir.

Mənbə

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

İsveçrə ağquşarmudu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Sorbus intermedia (lat. Sorbus intermedia) - gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ