dcsimg
Image of Asplenium septentrionale subsp. septentrionale
Creatures » » Plants » » Polypodiopsida » » Spleenworts »

Forked Spleenwort

Asplenium septentrionale (L.) Hoffm.

Şimal qamçılıca ( Azerbaijani )

provided by wikipedia AZ

Asplenium septentrionale (L.) Hoffman.

Çoxillik kiçik bitkidir

Kökümsovu qısadır [1]

Yarpaq

Yarpaqları qalın dərilidir, çılpaqdır, uzun saplaqda rozetlə birgə kökümsovlardan çıxır. Yarpaqların saplağı nazikdir, şırımlıdır. Yarpaqlar saplağın orta hissəsindən yuxarıda 2- 5 ədəd xətvari-dartıllmış saplaqcıq üzərində olan seqmentlərə bölünmüşdür; seqmentlər sivriləşmiş, tamkənarlı və yaxud uc hissədə ensiz dilimli olub, çəngəlvaridir.

Sorus

Sorusları yarpaqların aşağı tərəfinin bütünlüklə örtür; örtükləri tamkənarlıdır; sporlar qonur rənglidir, oval-böyrəkşəkillidir.

Sporlaması

İyul-Avqust.

Azərbaycanda yayılması

BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ. Aşağı dağ qurşağından subalp qurşağına qədər.

Yaşayış mühiti

Meşəli və meşəsiz rayonlarda, qayaların yarıq yerlərində, daşlı yerlərdə rast gəlinir.

İstinadlar

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Şimal qamçılıca: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Asplenium septentrionale (L.) Hoffman.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ