dcsimg

Qrossheym armudu ( Azerbaijani )

provided by wikipedia AZ

Qrossheym armudu - (lat. Pyrus grossheimii Fed.) Gülçiçəklilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. [1][2]

Qısa morfoloji təsviri

Qrossheym armudu.png

16 m-ə qədər boyunda ovalvari və ya uzunsov çətirli ağacdır. Yarpaqları yumurtavari və ya ellpsvari, iti dişli, uc tərəfi adətən uzunsov itidir, kənarları xırda dişlidir; 8-10 sm uzunluğunda, 4-5 sm enindədir; üstdən çılpaq və parıldayan, alt hissədən tutqun rənglidir; saplağı nazik, 10 sm-ə qədər uzunluğundadır. Meyvələri xırdadır, eni və uzunu 2-2,5 sm, kürəvari və ya oval-kürəvaridir, çətirşəkilli qalxancığa toplanmışdır; onların saplağı meyvədən 2-3 dəfə uzundur.[2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması-entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Yuxarı dağ qurşağında palıd meşələrindəki talalarda rast gəlinir. Qiymətli qida bitkisidir.

Yayılması

Lənkəran ovalığı (Astara rayonu-Anbobu kəndi; Lənkəran rayonu –Daşdatük və Xanbulan kəndləri) və Lənkəranın dağlıq hissəsi (Lerik).[4][5]

Sayı və tendensiyası

İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.

Məhdudlaşdırıcı amillər

Yetişmədən əvvəl gəmiricilərvə quşlar tərəfindən yeyilir. Mal-qara ilə otarılması təbii bərpanı çətinləşdirir.

Mühafizə tədbirləri

Hirkan Milli Parkında mühafizə olunur.

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Qrossheym%20armudu
  2. 2,0 2,1 Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013
  3. Səfərov İ.S., Əsədov K.S. 1984
  4. Azərbaycanın ağac və kolları, 1970
  5. Мусаев С.Г., и др., 2009

Ədəbiyyat

  • Деревья и кустарники СССР. т.3. 1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.2011.

Mənbə

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qrossheym armudu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Qrossheym armudu - (lat. Pyrus grossheimii Fed.) Gülçiçəklilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ