dcsimg
Image of Caucasian Spruce
Creatures » » Plants » » Gymnosperms » » Pines »

Caucasian Spruce

Picea orientalis (L.) Peterm.

Şərq küknarı ( Azerbaijani )

provided by wikipedia AZ

Şərq küknarı Tyan-Şan dağ silsiləsində dərələr boyunca rütubətli şimal yamaclarda bitir. Hündürlüyü 60 m-ə, dimateri 2 m-ə çatan nəhəng ağacdır. Piramidalvarı və ya konusvarı çətrə malikdir. İynəyarpaqları tünd-yaşıl və parlaq olur. Qozaları sentyabrda yetişir. Şərq küknarı tipik dəniz sahili iqliminə həssas, torpağın və havanın rütubətliyinə tələbkar bitkidir. Bununla belə dağlıq şəraitdə, sərt yamaclarda, qayalıqlarda dəniz səviyyəsindən 1000-1200 m, bəzən 2000-3000 m yüksəklikdə bitir və yaxşı inkişaf edir. Şərq küknarı gillicəli torpaqları xoşlayır, lakin əhəngli torpaqlarda, qayalıqlardakı qeyri-münbit və kasıb torpaqlarda da inkişaf edə bilər. Kök sistemi torpağın səthinə yaxın formalaşır və adi küknara nisbətən küləyə qarşı davamlıdır. Küknar növləri arasında şərq küknarı daha uzunömürlüdür və 600 ilədək yaşayır. Şərq küknarının arealı Qərbi Qafqazın dağlıq hissəsi hesab olunur. Şərq küknarının kürəşəkilli formaları vardır. Avropa nın bir çox şəhərlərində yaşıllaşdırmada istifadə olunur. Ensiz çətiri, göyümtül-yaşıl iynəyarpaqları çox dekorativ olduğundan bəzək bağçılığında istifadə edilir. Bu küknar növünün oduncağından sənayenin müxtəlif sahələrində, inşaat işlərində və s. geniş istifadə olunur. Azərbaycan da, Abşeronda, Gədəbəy də, Zaqatala da, Balakən də, Quba da, Qusar da yaşıllıqlarda təsadüf edilir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Şərq küknarı: Brief Summary ( Azerbaijani )