dcsimg

Tikanlı ardıc ( azeri )

tarjonnut wikipedia AZ

Juniperus oxycedrus (lat. Juniperus oxycedrus) — sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.

Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər olan sahillərdə və dağlarda yayılmışdır. Hündürlüyü 10 m-ə qədər olan boz-qonur qabıqlı kol və ya ağacdır. Yarpaqları iynəli, ucu biz, tikanlı, üstü hamar, qırışlıdır, yarpaqlarında 2 ağ xətti var, kənar və mərkəzi damarcıqları aydın görübür. Çiçəkləri ikievlidir. Qozaları tək, oturaqdır, qırmızı-qonur, parlaqdır, yumru-yumurtavarı formalı olub, 3-6 qabıqlı, əsasən 3 toxumludur. İkinci il yetişir. Toxumla çoxaldılır.

Istisevəndir, quraqlığadavamlıdır. Verilmiş formanı uzun müddət saxlayır. Dekorativ bitki kimi J.oxycedrus var. Rufescens. hündür şaxələnmiş koldur. Budaqları enli, coddur. Iynələri möhkəm, çox vaxt əyilmiş, bir-birindən aralı, uzunluğu 16 mm və eni 1–2 mm-dir, ucu biz, tikanlıdır. Meyvələrin qalınlığı 6–8 mm, rəngi parlaq, qırmızıdır.

Respublikamızda Naxçıvan MR-in Ordubad rayonunda dağlarda təbii halda bitir.

Məlumat mənbələri

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

Mənbə

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
lisenssi
cc-by-sa-3.0
tekijänoikeus
Vikipediya müəllifləri və redaktorları
alkuperäinen
käy lähteessä
kumppanisivusto
wikipedia AZ

Tikanlı ardıc: Brief Summary ( azeri )