dcsimg

Yenotabənzər it ( Azerbaijani )

provided by wikipedia AZ

(Ussuriya) Yenotabənzər it, Ussuriya tülküsü, və ya Ussuriya yenotu, Yenotka[1] (lat. Nyctereutes procyonoides) — İtlər fəsiləsinə aid yıtıcı növü.

Xarici görünüşü

Yenotabənzər itlər orta ölçülü iltər hesab edilir. Bədəninin uzunluqları 65—80 sm, quyruqları 15—25 sm; çəkiləri isə 4—10 kq arası dəyişir. Bədəni alcaqdır. Pəncələri qısadır.

Nyctereutes procyonoides 4 (Piotr Kuczynski).jpg

Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütünu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur. Albinizm müşahidə edilir

 src=
Yenotabənzər itlərin izləri

Yayılması

Onların təbii arealı Hind-Çin yarımadası, Çin, YaponiyaKoreya yarımadasının meşə və daş meşə zonalarıdır. Rusiyada isə əsasən uzaq şərqdə Amur vilayəti ərazisində müşahidə edilir. 1927 - 1957 illər ərzində ovçuluq məqsədi ilə 10 min Yenotabənzər it SSRİ-nin 76 vilayətinə buraxılmışdır. Asiya hissədə onlar yaşaya bilmədilər ancaq SSRİ-nin Avropa hisdəsində asanlıqla yayıldılar. Hətta SSRİ sərhədlərini keçərək Finlandiya, Çexiya, Rumıniya, PolşaAlmaniya ərazisinə yayılmışlar. 2013-ci ildə İsveç hökuməti yenotabənzər itlərin sayının azaldılması istiqamətində tədbirlər görür[2].

Həyat tərzi və qidalanması

Əsasən rütubətli meşə zolağında yaşayırlar. Yerləşim yerləri nadir hallarda yol kənarlarında və ya kəndlərin yaxınlığında olur. Onlar əsasən alayoranlıq və gecə həyatı sürürlər. Bəzi hallarda meşə daxilində yerləşən su tutarlarında və dəniz kənarı sularda görünürlər. Ov məqsədi ilə gün ərzində 7-10 kmyol qət edə bilirlər. Təhlükə zamanı itlər fəsiləsinə daxil olan canlılardan fərqli olaraq onlar dalaşmaq əvəzinə özlərini ölülüyə vururlar. Çox vaxt bu onları xilas edir.

Onlar istər ət istərsə ot yeyəndirlər. Yayda gəmiricilər, quşlar və onların yumurtaları, qurbağalar, böçəklərlə qidalanırlar. Payız ayları isə taxıl bitkiləri və giləmeyvələrlə qidalanırlar. Qışlamadan öncə çəkilərini iki kq artırırlar. Qış yuxusu dekabr-yanvardan fevral-marta qədər davam edir. Qış zamanı çəkiləri 25 % azalır.

Onların əsas düşmənləri canavarlar və vaşaqlardır. Onlarda quduz xəstəliyi geniş yayılmışdır.

Sosial quruluşu və çoxalması

Çüt şəkildə yaşayırlar. Çütlüklər oktyabr-noyabr ayları formalaşır. Boğazlıq müddəti 60 gün davam edir. Əsasən 6-8 maksimum isə 14-16 bala verirlər. Balaların yetişdirilməsində hər iki valideyn iştirak edir.

Yetkinlik yaşına 8—10 ayında çatırlar. Ömürləri 3—4 il davam edir.

Yarımnövləri

  • Nyctereutes procyonoides koreensis
  • Nyctereutes procyonoides orestes
  • Nyctereutes procyonoides ussuriensis
  • Nyctereutes procyonoides viverrinus

İncəsənətdə

Yenotabənzər itlər (Takuni yap. ) yapon mifologiyasının əsas persanajlarındandır.

İstinadlar

  1. Сихотэ-Алинский заповедник. Н. Г. Васильев, Е. Н. Матюшкин, Ю. В. Купцов. // Заповедники СССР. Заповедники Дальнего Востока СССР / Отв. ред.: В. Е. Соколов, Е. Е. Сыроечковский. — М.: Мысль, 1985. — 319с., ил. — С. 188.
  2. Yenotabənzər itlərin sayının azaldılması istiqamətində tədbirlər

Mənbə

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yenotabənzər it: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

(Ussuriya) Yenotabənzər it, Ussuriya tülküsü, və ya Ussuriya yenotu, Yenotka (lat. Nyctereutes procyonoides) — İtlər fəsiləsinə aid yıtıcı növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ