dcsimg

Çinar ( Azerbaijani )

provided by wikipedia AZ
 src=
Bakıdakı Əhməd Cəmil küçəsində uzunömürlü çinar ağacı

ÇinarÇinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", [1] rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdirdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində əkilib becərilir.

Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir.

Yayılması və ekologiyası

Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir. Çinar ağaclarına Qafqazda, KrımdaUkraynada (Zakarpatye, Kiyev, Zaporojye, Lvov, Nikolayev, Xerson, Odessada) rast gəlinir.

Botanik təsviri

Çinar ağacları sıx geniş kronaya malik iriyarpaqlı ağaclardır. Yaşıl-boz laylı qabıqla örtülü, silindrik formalı güclü gövdəyə (50 m-a qədər hündürlük, 18 m-a qədər dairəsi) malikdir.

Maraqlı faktlar

Çinar ağacları çox uzun müddət yaşayır.Onlardan ən böyük və ən qədimi Türkiyədə Bosforda Buyukdere vadisində böyüyür. Onun hündürlüyü 50 metr, gövdənin çevrəsi 42 m, gövdənin diametri 13,4 metr və yaşı 2300 ildən çoxdur.

Egey dənizində Kos adasında gövdənin çevrəsi 18 m və hündürlüyü 36 m olan unikal çinar ağacı bitir. Hesab edirlər ki, onun 2 min il yaşı var.

İstinadlar

  1. Sunset Western Garden Book . 1995. pp. 606–607.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çinar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ
 src= Bakıdakı Əhməd Cəmil küçəsində uzunömürlü çinar ağacı

Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdirdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində əkilib becərilir.

Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ