dcsimg
Image of Red-Barked Dogwood
Creatures » » Plants » » Dicotyledons » » Dogwoods »

Red Barked Dogwood

Cornus alba L.

Ağ zoğal ( Azerbaijani )

provided by wikipedia AZ

Ağ zoğal

Təbii yayılması

Təbabətdə yabanı halda Rusiyada, Yaponiyada, Çin və Koreyada çayların kənrlarında, kolluqlarda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 2-3 m-ə çatan, yarpağıtökülən dekorativ koldur. Budaqları nazik, elastik, əsasən al-qırmızı, qara-qırmızı, qırmızı-qonurdur. Cavan zoğları çox vaxt göyümtül tükcüklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl, alt tərəfi göyümtül-ağ, enli-yumurtavarı, bir az qırışlıdır, uzunluğu 1-2 sm-ə qədərdir. 2-3 yaşında çiçəkləməyə və meyvə verməyə başlayır. Yayın birinci yarısında bol çiçəkləyir. çiçəkləri xırda, ağ, kiçik qalxanşəkilli hamaşçiçəklərə yığılmışdır. Meyvələri payızda yetişir. Toxumla, kök zoğları, qələmlərlə asanlıqla çoxalır.

Ekologiyası

Soyuğa, istiyə, kölgəyədavamlıdır, torpağa tələbkar deyil, çox möhkəm və bərk oduncağına görə "buynuz" adlanır. Xüsusilə qulluq tələb etmir.

Azərbaycanda yayılması

Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir.

İstifadəsi

Canlı çəpərlərdə tək və qruplarla əkilmək üçün istifadə edilir. Dekorativ yarpaqları yayda ağımtıl-göy rəngli, payızda qırmızı-bənövşəyi və ya tünd-bənövşəyi rəngdə olur.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ağ zoğal: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ağ zoğal

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ