dcsimg

İriçiçək xostək ( азерски )

добавил wikipedia AZ

İriçiçək xostək (lat. Caragana grandiflora) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.

Təbii yayılması

Təbii halda Şimali İran, Rusiya, Orta Asiya və Cənubi Qafqazın şərqində və qərbində yayılmışdır.

Botaniki təsviri

Təbiətdə 2–5 m hündürlükdə olan koldur. Gövdəsi qonur-boz rəngdədir. Cavan budaqları künclü, çılpaq və ya kol şəkillidir. Ağımtıl və ya qonur-boz rəngdədir. Yarpaqaltlıqları 2-3 mm uzunluqda bərk tikan formasında, budaqları və cavan zoğları çoxtikanlıdır. Yarpaqlarının saplağı odunlaşmış, tüklü və tökülməyəndir. Yarpaqcıqları xırda, 5-12 mm uzunluqda və 2-3 mm enindədir. Tərs lansetvarı və ya pazşəkilli olub, ucdan sivri, nazik və qısa, üzəri çılpaq və ya tükcüklərlə örtülüdür. Çiçəkləri tək-təkdir. Çiçək saplağı kasacıqdan qısa, o boyda və ya ondan iridir. Kasacıq yaşıl və ya qırmızımtıl-qonur rəngdədir. 12-16 mm uzunluqda, boruvarıdır, qaidədən torbacıq şəklində, şiş olub, üzəri tükcüklüdür. Çiçək tacı iri, 2,5-3 sm uzunluqda olub, əvvəlcə qızılı rəngdə olur və sonradan qızarıır. Paxlası bir qədər oturaq olub, 2,5-4 sm uzunluqdadır. Üzəri xətli, çılpaq və ya tüklüdür. May ayında çiçəkləyir, iyunda meyvəsi yetişir.

Ekologiyası

Daşlı-qayalı, gilli təpəliklərdə, seyrək meşəliklərdə su axarlarının kənarlarında bəzən şoran torpaqlarda rast gəlinir. Təbiətdə toxumları ilə çoxalır. Başlıca olaraq insan fəaliyyəti və bəzi abiotik amillərin təsiridir. Kulturada becərilir. Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Azərbaycanda yayılması

Azərbaycanın nadir bitkisidir. Azərbaycanda arealı geniş deyildir. Naxçıvan dağları, Bozqır yaylası və Qobustanda rast gəlinir. Azərbaycanın "Qırmızı kitabı"na daxil edilməsi tövsiyə olunur.

İstifadəsi

Park və bağlarda tək-tək təsadüf edilir. Yarpaqlarının tərkibində 9,27 mq C vitamini vardır. Ballı bitkidir.

Ədəbiyyat

  • Дерево и кустарники СССР. т.4. 1958;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1989; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

Mənbə

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

İriçiçək xostək: Brief Summary ( азерски )

добавил wikipedia AZ

İriçiçək xostək (lat. Caragana grandiflora) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Caragana grandiflora ( виетнамски )

добавил wikipedia VI

Caragana grandiflora là một loài thực vật có hoa trong họ Đậu. Loài này được (M.Bieb.) DC. miêu tả khoa học đầu tiên.[1]

Chú thích

  1. ^ The Plant List (2010). Caragana grandiflora. Truy cập ngày 5 tháng 6 năm 2013.

Liên kết ngoài


Hình tượng sơ khai Bài viết liên quan đến tông đậu Hedysareae này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.
лиценца
cc-by-sa-3.0
авторски права
Wikipedia tác giả và biên tập viên
изворно
посети извор
соработничко мреж. место
wikipedia VI

Caragana grandiflora: Brief Summary ( виетнамски )

добавил wikipedia VI

Caragana grandiflora là một loài thực vật có hoa trong họ Đậu. Loài này được (M.Bieb.) DC. miêu tả khoa học đầu tiên.

лиценца
cc-by-sa-3.0
авторски права
Wikipedia tác giả và biên tập viên
изворно
посети извор
соработничко мреж. место
wikipedia VI