dcsimg

Amerika çiçəbaharı ( азерски )

добавил wikipedia AZ

Amerika çiçəbaharı (lat. Phytolacca americana)[1] - qırmızı dil cinsinə aid bitki növü.[2]

Phytolacca americana L. - Amerika çiçəbaharı, Qırmızıdil – Лаконос американский - American pokeweed[3]

Botaniki təsviri

Hündürlüyü 100-300 sm olan çoxillik ot bitkisidir. Kökü yoğun, gövdəsi düz, budaqlı, yaşıl, bəzən qırmızıdır. Yarpaqları ardıcıl, yumurtavari-lansetvaridir. Yuxarı yarpaqları aşağıdakilardan xırdadır, çox vaxt sonradan qızarır. Ağımtıl rəngli, inkişaf etdikcə qızaran çiçəkləri uzunsov salxımvari çiçəkqrupunda bipləşmişlər. Meyvəsi gara, parıltılıdır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir.[3]

Mənşəyi və yayılması

Adventiv coğrafi tipinin adventiv sinfi və qrupuna aiddir. Atlantik və Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Şimali Amerika və Qafqazda yayılmışdır. Azərbaycanda amerika çiçəbaharı Lənkəran ovalığı, Böyük Qafqazın şərq və qərb rayonlarda, Lənkəranın dağlıq hissəsində arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.[3]

Ekoloji qrup və bitdiyi yerlər

Kseromezofitdir, meşə, sahilyanı və alaq bitkilik tiplərində rast gəlir. Əsasən meşədə, çaqıl daşlıqlarda, bağlarda, yol kənarlarında, quru yamaclarda və töküntülərdə kiçik qruplar, bəzi hallarda cəngəllik əmələ gətirir.[3]

Kimyəvi tərkibi

Flavonoid, saponin, alkaloid, efir yağları, steroid və antosianlarla zəngindir.[3]

Təsiri və tətbiqi

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Eksperimental, Çin və xalq təbabətində, kliniki sınaqlarda, eləcə də homeopatiyada geniş tətbiq edilir. Əsasən böyrək, sidik kisəsi, qaraciyər, ürək-damar, dəri-zöhrəvi xəstəlikləri, iflic, avitaminoz, xoş

və bəd xassəli şişlər, dizenteriya və ilanvurma zamanı istifadə olunur. Antibakterial, antihelmint, antitoksik, öd və sidikqovucu, hərarətsalan və iltihab proseslərinə qarşı təsirə malikdir.[3]

İstifadə olunan hissələri

Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü və toxumları istifadə edilir. İstifadə formaları - Cövhər, tinktura, ekstrakt və mazlar.[3]

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Cavan zoğları, budaqları və yarpaqları duzlu suda bişirildikdə yeməlidir. Meyvələrindən alınan şirə qida məhsulu və texniki boyaq kimi istifadə olunur.[3]

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 3,0 3,1 3,2 3,3 3,4 3,5 3,6 3,7 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı, 2011
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Amerika çiçəbaharı: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Amerika çiçəbaharı (lat. Phytolacca americana) - qırmızı dil cinsinə aid bitki növü.

Phytolacca americana L. - Amerika çiçəbaharı, Qırmızıdil – Лаконос американский - American pokeweed

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ